Millət vəkili: "Köçkünlərin problemləri olmasaydı, indeks göstəriciləri daha yüksək olardı"  

"BMT-nın "Davamlı inkişaf hesabatı” indeksinə görə, Azərbaycanın 166 ölkə arasında 54-cü pillədə yerləşməsi cənab Prezident İlham Əliyevin apardığı çoxşaxəli sosial-iqtisadi siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir".

Bu sözləri "Sherg.az"a millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, 2016-2030-cu illəri əhatə edən bu proqrama ölkəmiz 2015-ci ildə, BMT-yə daxil olan 169 ölkənin iştirak etdiyi sammitdə qoşulub:

"Ötən 5 il ərzində, keyfiyyətli təhsil, layiqli əmək və iqtisadi artım, bərabərsizliyin azaldılması, iqlim dəyişikliyi ilə mübarizə, sülh, ədalət, səmərəli institutlar və s. sahələrdə Azərbaycanın əldə etdiyi uğurlar real olaraq hesabatda öz əksini tapıb. Hər birimiz üçün qürurludur ki, ölkəmiz regionda lider dövlət olduğunu bu mötəbər təşkilatın hesabatında da təsdiq edir. Torpaqlarımızın işğalı, qaçqın və məcburi köçkünlərin problemlərinin mövcudluğu, iqtisadi inkişafa mane olan amillərdəndir. Bunlar olmasaydı, indeks göstəriciləri daha yüksək olardı. Azərbaycanın potensialı təkcə region ölkələri ilə deyil, gələcəkdə inkişaf etmiş ölkələrlə müqayisə olunacaq".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu