190 manat maddi yardımın verilməsi şərtləri yumşaldılmalıdır - Professor 


"Karantin rejimi qüvvədə olduğu müddətdə vətəndaşlarımız bütün səviyyələrdən olan güzəştləri əldə etmək imkanına malik olmalıdırlar".

Bu sözləri Sherg.aza iqtisadçı, professor Fikrət Yusifov deyib. 

Professor hesab edir ki, karantin dövründə ehtiyacı olan insanlara 190 manat  maddi yardımın verilməsi təmin edilməlidir:

"Eyni zamanda, bu yardımın verilməsi şərtləri kifayət qədər yumşaldılmalıdır ki, onu ehtiyacı olan hər vətəndaş ala bilsin. Bu mürəkkəb dönəmdə uşaq pullarının ödənişinə rəvac verilərsə, hökumət  bu addımla ölkədə vətəndaş məmunluğunun xeyli yüksəlməsini təmin etmiş olar. Digər güzəştlər sırasında işıq və qaz istehlakına qoyulan limitlərin ləğvi, iş yerlərini itirmiş vətəndaşların yığılıb qalmış kommunal borclarının silinməsi, onların bank kreditləri üzrə ödənişlərinin dondurulması və faiz ödənişlərinin ləğv edilməsi məqsədəuyğundur".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu