İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə dəstək göstərilib


İstanbulda yaşayan aztəmianatlı azərbaycanlı ailələrə dəstək məqsədilə iyulun 12-də xeyriyyə aksiyası keçirilib.



Sherg.az xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi və İstanbulda fəaliyyət göstərən “Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyi”nin (ATMD) təşkilatçılığı ilə baş tutub. Yardım göstərilənlərin əksəriyyəti 1990-cı illərdə İstanbula gələn və burada məskunlaşan ailələrdir. Hazırda COVID-19 pandemiyası ilə əlaqədar bəzi iş yerlərinin fəaliyyətinin müvəqqəti dayandırılması bütün dünyada olduğu kimi, onların da gündəlik həyatına mənfi təsir göstərib. Mövcud vəziyyəti Diasporla İş üzrə Dövlət Komitəsi nəzarətə götürüb və onlara lazımi yardımlar göstərilir.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu