MN: Ermənistanla sərhəddə döyüş gedir, hər iki tərəfdən itki var


İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sherg.az-a bildiriblər ki, hər iki tərəfdən itki var. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu