Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi ABŞ-ın ən varlı qadını olub


Dünyanın ən varlı insanı - “Amazon” kompaniyasının qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Birləşmiş Ştatların ən varlı qadını olub.

AZƏRTAC “Forbes” jurnalına istinadla xəbər verir ki, bir il əvvəl ərindən boşanan Makkenzi Bezos ən iri online-reteylerinin səhmlərinin 4 faizini əldə edib. O zaman səhmlərin qiyməti təxminən 38,3 milyard dollar idi. Yeni koronavirusun səbəb olduğu COVID-19 pandemiyası dövründə “Amazon” kompaniyasının aksiyalarının qiyməti kəskin bahalaşıb.

Hazırda Makkenzinin varidatı 62,3 milyard dollar həcmində qiymətləndirilir. Nəticədə o, ABŞ-ın ən varlı qadınları reytinqində “Walmart” ticarət şəbəkəsinin banisinin qızı Elis Uoltonu (57,3 milyard dollar) qabaqlayaraq ilk yerə yülsəlib. Ceff Bezosun özünün varidatı isə 188,2 milyard dolları ötüb.

Qeyd edək ki, Ceff Bezos “Amazon” kompaniyasının əsası 1994-cü ildə qoyub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu