Füzuli Ələkbərovun anası koronavirusdan öldü


Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.
Report xəbər verir ki, onun anası vəfat edib.

F.Ələkbərovun anasının koronavirusdan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb. Sabiq nazirin həyat yoldaşı İradə Ələkbərovaya da ötən ay koronavirus diaqnozu qoyulmuşdu.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu