"Barselona" Neymarın transferindən vaz keçib


Braziliyalı hücumçu Neymar böyük ehtimalla 2019/2020 mövsümündən sonra "Paris Sen-Jermen"də çıxış etməkdə davam edəcək.

Bu barədə “Report” “Marca”ya istinadən xəbər verir.

Qeyd edilir ki, 28 yaşlı futbolçu "Barselona"ya qayıtmaq istəyir, ancaq kataloniyalıların rəhbərliyi bu yay da onu əldə etmək cəhdlərindən əl çəkib. Məlumata görə, koronavirus pandemiyasına qədər "Barselona"nın futbolçunu transfer etmək şansı yaxşı olub. Amma hazırkı maliyyə itkiləri bunu praktiki olaraq qeyri-mümkün edib.

Daha əvvəl Neymarla maraqlanmış Madrid "Real"ı da yaxın mövsümlərarası dövrdə braziliyalının əldə edilməsi imkanını nəzərdən keçirmir.

Neymarın PSJ ilə müqaviləsi 30 iyun 2022-ci ilə qədər nəzərdə tutulub. Fransa Liqasının hazırkı çempionları hücumçu ilə razılaşmanın müddətini uzatmaq istəyirlər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu