“Fənərbaxça” evdə, “Qalatasaray” səfərdə məğlub olub

Türkiyə Super Liqasında XXXII tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə üç matç baş tutub.

Günün sensasiyası Ankarada qeydə alınıb. “Qalatasaray” səfərdə autsayder “Ankaragücü”nə uduzub.

“Antalyaspor” evdə “Alanyaspor”a qalib gəlib. “Fənərbaxça” isə evdə “Sivasspor”a uduzub.

Qeyd edək ki, tura iyulun 13-də yekun vurulacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu