Əmisini qətlə yetirən Gədəbəy sakinini polis saxlayıb


Gədəbəydə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə,  1988-ci il təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu 

Ailə münaqişəsi zəminində əmisi 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğlunu və onun həyat yoldaşı 1959-cu il təvəllüdlü İsgəndərova Sənubər Hüseyn qızını bıçaqlayıb. O.İsgəndərov hadisə yerində dünyasını dəyişib. 

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. 

 

***

22:34

Gədəbəyədə dəhşətli qətl hadisəsi baş verib.

APA-nın yerli bürsonun məlumatına görə, rayon sakini əmisini qətlə yetirib və onun həyat yoldaşını ağır yaralayıb. 

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu