Növbəti erməni təxribatı: “Düşmənin sərhəd rayonlarında daşı daş üstündə qalmayacaq!”

Onlar da bunu əsas gətirərək Rusiya və KTMT-nin üzvü olan digər dövlətləri müdaxilə etməsinəçalışacaqlar”

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozublar. Düşmən artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub.
 Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, hər iki tərəfdən itki var. 

 Qanlı döyüşlər aprel döyüşlərinin təkrarlanması üçün zəmin yaradır. Bəs indi nəticə necə olacaq? Biz, nəhayət ki, işğal olunmuş torpaqlarımıza qovuşa biləcəyikmi? 



 Bununla bağlı “Sherg.az”a danışan BDU-nun professoru, politoloq Əlimusa İbrahimovun fikrincə, bu, Ermənistan baş nazirinin hakimiyyətdə qalmaq üçün istifadə etdiyi növbəti variantdır: 

“Ermənilərin cəbhə bölgəsində növbəti təxribatının istisna olunmadığını dəfələrlə demişdim. Çünki onsuz da ağır olan iqtisadi vəziyyət pandemiya nəticəsində daha acınacaqlı hala düşüb. Paşinyan hakimiyyətə gətiriləndə verdiyi vədləri, nəinki yerinə yetirə bilib,  hətta vəziyyət  əvvəlki hakimiyyət dövründə olduğundan daha pis vəziyyətə düşüb. İndi insanlar Sarksyanı şirin xatirələr kimi yada salırlar. Hakimiyyəti əldə saxlamaq, “taxtdan salınmaq” zamanını gecikdirmək məqsədilə Paşinyan bütün vasitələrə əl atır. Təbii ki, bu istiqamətdə müharibə də istisna deyil. Onun digər vasitələri kimi Qarabağda müharibə illuziyası da sabun köpüyü kimi aradan gedəcək. Ermənilər artıq başa düşəcəklər ki, müharibə və müharibə qorxusu Paşinyan bandasının hakimiyyətdə qalması üçün bir vasitədir. O zaman hansı üsullara əl atacaq, görəsən?”. 

Politoloqun fikrincə, düşmənin bu dəfə sərhəd rayonlarını hədəf alması təsadüfi deyil:

“Azərbaycan ordusu əvvəllər olduğu kimi düşmənin bu təxribatına layiqli cavab verdi və verməkdə davam edir. Çox maraqlıdır ki, bu dəfə təxribat üçün mərkəzi Ermənistanla birlikdə sərhəd rayonumuz seçilib. Çünki Azərbaycanın layiqli cavabı qarşısında Ermənistanın sərhəd rayonlarında daş-daş üzərində qalmayacaq və onlar da bunu əsas gətirərək Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  üzvü olan digər dövlətləri müdaxilə etməyə çalışacaqlar”.

Professorun qənaətincə, düşmənin nəzərə almadıqları, hesablaya bilmədikləri məqamlar da az deyil:

“Amma ermənilər seçdikləri zamanın çox uğursuz olduğunu yaddan çıxarırlar. Rusiya kimi digər dövlətlər də pandemiya ilə mübarizə içindədir. Onlar virusla təkbaşına qalan Ermənistana kömək etmək iqtidarında deyillər. Müharibədə ermənilərə kömək etmək isə, ümumiyətlə, mümkünsüzdür. Ermənilər onu da unudurlar ki, Azərbaycan xalqı həmişəkindən daha möhkəm dövlətin, onun Prezidentinin ətrafında birləşib və hər zaman köməyimizə yetməyə hazır olan Türkiyə respublikası kimi qardaş ölkəmiz var. Ermənilərə Türkiyə Xarici İşlər Nazirliyinin insidentlə əlaqədar bəyanatını xatırlatmaq yerinə düşərdi: “Türkiyə, ərazi bütövlüyünü müdafiə mücadiləsində bütün imkanları ilə Azərbaycanın yanında yer almaqda davam edəcək.” Ermənilərin nəzərinə çatdırmaq istərdim ki, Azərbaycan ordusu işğal etdiyiniz torpaqlardan talan etdiyiniz var dövlətimizin 100 qatını sizdən alacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu