Karantin qaydalarını pozaraq kiçik toy məclisi təşkil edənlər cərimələndi - FOTO

Bakının Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə kiçik toy məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan Azad Cavadovun oğluna toy məclisi təşkil etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal həmin əraziyə yollanaraq, karantin rejimi qaydalarının pozulması halını aşkar ediblər.

Məclisin təşkilatçısı A.Cavadov və daha 15 nəfər qonaq saxlanılaraq, Polis Şöbəsinə gətirilib. 
Xüsusi karantin rejimi qaydalarını pozan ümumilikdə 16 nəfər barəsində Polis Şöbəsində  İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onların hər biri 200 manat məbləğində cərimə edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu