Erməni hiyləsi ! - Təxribatlar təmas xəttindən sərhəddə niyə keçdi ?! - İZAH 

"Onların başlıca  məqsədi KTMT-nin  diqqətini münaqişəyə cəlb etməkdən ibarətdir”

“Həmin təşkilatın nizamnaməsində belə bir bənd var ki, bu təşkilat üzvlərindən hər hansı birinin ərazisinə təhlükə olarsa, o biri dövlətlər ona kömək etməlidir”

“Qazaxdan Naxçıvana qədər cəbhəboyu Ermənistan odusuna dağıdıcı zərbələr  vurmalıyıq ki,  birdəfəlik təxribatlara son qoyulsun”
 



İyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti təxribat törədiblər.  Məqsəd Azərbaycan Ordusunun mövqelərini ələ keçirtmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirmək olub.
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib.

Azərbaycan ictimaiyyətinin ümumi rəyinə görə, Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyır.



Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı "Sherg.az"a açıqlama verən millət vəkili Elman Məmmədov Allahdan şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə şəfa diləyib. Şəhid ailələrinə baş sağlığı verib. 

Erməni əsgərlərinin  son vaxtlar Qazax- Tovuz istiqamətində ordumuzun mövqelərini  atəşə tutmasına diqqət çəkən deputat hesab edir ki, ermənilərin təxribatların mərkəzini Qarabağdan Ermənistanla Azərbaycanın dövlət sərhəddinə köçürməsi təsadüfi deyil:

"Onların başlıca  məqsədi KTMT-nin  diqqətini münaqişəyə cəlb etməkdən ibarətdir. Həmin təşkilatın nizamnaməsində belə bir bənd var ki, bu təşkilat üzvlərindən hər hansı birinin ərazisinə təhlükə olarsa, o biri dövlətlər ona kömək etməlidir. Ermənilərin hiyləsi budur.   

Görürsünüz, hadisənin üzərindən 24 saat keçməmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sədri Stanislav Zas Ermənistan – Azərbaycan sərhədində baş verən gərginliklə bağlı təşkilatın daimi şurasının təcili iclasını çağırıb. Lakin ermənilər Azərbaycan ərazilərində atəşkəsi pozub təxribat törədəndə, dinc əhaliyə ziyan vuranda beynəlxalq təşkilatların tükü belə  tərpənmir. Amma  Tovuz sərhəddində baş verən döyüşdə ermənilərin layiqli cavablarını alıb, xeyli sayda canlı qüvvə itkisi,  hərbi texnika dağıntılarına  qaldılar deyə KTMT tez reaksiya verib, baş verənləri müzakirə  edir". 

Millət vəkilinin sözlərinə görə, Ermənistanın dövlət sərhəddimizi atəşə tutmasının digər səbəbi isə daxili auditoriyaya hesablanıb: 

"Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.

Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq".

Azərbaycanın heç bir dövlətin torpaqlarında gözü olmadığını vurğulayan E.Məmmədov deyib ki, məqsədimiz işğal altında qalan torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyünü bərba etməkdən ibarətdir:

 "Lakin Azərbaycanın hərbi və iqtisadi gücünün artdığını görən Ermənistan rəhbərliyi dövlət sərhəddində təxribat törətməklə Azərbaycanın diqqətini münaqişə ocağına yönəltməklə Dağlıq Qarabağ istiqamətində atılan addımların qarşısını almaq istəyir. Amma arzuları gözlərində qaldı. Azərbaycana ziyan vermək istəyərkən özləri xeyli itkiyə məruz qalıb geri çəkilməli oldular. Əslində onlara bu da azdır. Biz Qazaxdan Naxçıvana qədər cəbhəboyu Ermənistan odusuna dağıdıcı zərbələr  vurmalıyıq ki,  birdəfəlik təxribatlara son qoyulsun.

Biz nə qədər müdafiədə dayanmalıyıq ki!? Artıq hücum taktikasına keçib, 30 ilə yaxındır, Ermənistanın işğal altında saxladığı əzəli, əbədi torpaqlarımızı işğaldan azad etməliyik".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu