KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclas təxirə salındı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı təcili iclas təxirə salınıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov “RİA Novosti” agentliyinə bildirib.
“KTMT Daimi Şurasının Ermənistan-Azərbaycan sərhədində vəziyyətin müzakirə ediləcəyi formatın müəyyənləşdirilməsi üçün iclasın keçirilməsi üzv dövlətlərlə əlavə məsləhətləşmələrin aparılması zərurəti səbəbindən təxirə salınıb", - deyə KTMT mətbuat katibi bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu