“BMT-nin sənədi ölkəmizin beynəlxalq aləmdəki rolunu gücləndirir”

“Öz inkişafına görə beynəlxalq qurumlar tərəfindən daim yüksək qiymətə layiq görülən Azərbaycan bu istiqamətdə daha bir uğur qazanıb. Ölkəmiz BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “Davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb”. 

Bu fikirləi "Sherg.az”a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, hesabatda öz əksini tapdığı kimi, Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda liderdir və dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir: 

“Bu nəticəyə görə ölkəmiz bütün qonşularını geridə qoyub. Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Bu isə gözəl nəticədir. Şərqi Avropa və Mərkəzi Asiya regionunda “Davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur”. 

Deputatın fikrincə, Azərbaycanın bu uğuru heç də təsadüfi deyil. Bütün bu uğurların təməlində həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət dayanır: 

“Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Eyni zamanda, Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Ümumiyyətlə, əldə edilən bu nəticələr həm ölkəmizin beynəlxalq aləmdəki yerini və rolunu gücləndirir, həm də gələcəkdə qazanılacaq yeni-yeni uğurlar üçün stimul rolunu oynayır”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu