"Mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmuruq" - Nazirlikdən cavab


Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın “facebook” səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olması barədə yaydığı paylaşıma münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin məlumat həqiqəti əks etdirmir: “Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu