XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO


Bu gün cəbhə xəttindəki döyüşlə bağlı Xarici İşlər Nazirliyində Müdafiə Nazirliyi və Xarci İşlər Nazirliyinin birgə təşkil etdiyi brifinq keçirilib.

Baku.Tv xəbər verir ki, brifinqdə xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva mediaya açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşdə ordumuzun dörd hərbi qulluqçusu şəhid olub, və yaralılar var. Lakin mülki əhali arasında itiklərə yol verilməyib. Onun sözlərinə görə, hərbi təxribatın arxasında bir neçə məqsəd dayanır.

Ermənistan tərəfinin təxribatının əsas məqsədlərindən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə üzvü olduğu hərbi siyasi təşkilatları və üçüncü ölkələri cəlb etmək niyyətinin durmasıdır.

“Xarici İşlər nazirinin müavini öz təqdimatında Ermənistanın törətdiyi təxribatın yeni bir aqressiya, təcavüz aktı olduğunu diplomatik korpusun diqqətinə çatdırıb. Xüsusilə də bu təxribatın iki ölkənin dövlət sərhədində baş verməsi haradasa Ermənistan tərəfinin Azərbaycanın yeni ərazilərini, yeni mövqelərini ələ keçirmək kimi təcavüzkar meyllərini açıq şəkildə diplomatik korpusun nümayəndələrinin diqqətinə çatdırıb. “- deyə Leyla Abdullayeva bildirir.

Nazirliyin məlumatına görə, Ermənistan rəhbərliyi hətta, bu yaxınlarda baş verən təxribatla bağlı utanmazcasına yeni ərazilərin işğal edilməsi kimi tezislər səsləndirib. Onu da deyək ki, cəbhədə vəziyyət hazırda gərgin olaraq qalmaqda davam edir. Lakin vəziyyət Azərbaycan silahlı qüvvələrinin nəzarəti altındadır.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu