Təxribatlara Moskva “xeyir-dua” verib ? - ŞƏRH

“Ermənistanla sərhəd bölgələrimizdə təxribatlar ilk dəfə baş vermir”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Politoloq bildirib ki, hadisələrin tarixçəsini araşdırsaq, təxribatların əsasən müəyyən razılaşmaların pozulması ilə bağlı olduğunu görərirk: 

“Bu dəfə də eyni ssenari təkrarlanır. Ölkə Prezidentinin ciddi beynəlxalq konfrans və yığıncaqları çağırması təşəbbüsü göstərməsi və bu çağırışlara beynəlxalq ictimaiyyətin müsbət reaksiyası Ermənistanı və onun arxasında dayanan hərbi gücləri ciddi narahat edir. Pandemiya dövründə Azərbaycanın siyasi-iqtisadi stabilliyi qoruyub saxlaya bilməsi düşməni hərəkətə keçməyə məcbur edir.



Azərbaycanda daxili siyasətdə dialoq və vətəndaş həmrəyliyinə yönəlik addımlar atılır. Dağlıq Qarabağ probleminin həllinin dalana dirənməsi Azərbaycanın haqlı narazılığına səbəb olduğu üçün BMT və problemin həlli ilə məşğul olan təşkilatlardan ortaya mövqe qoymaq tələb olunur.

Belə vəziyyətdə Ermənistan və onun arxasında dayanan qüvvə vəziyyəti dəyişmək üçün siyasi-hərbi təzyiqləri məqsədəuyğun sayırlar”.

V.Əfəndiyevin sözlərinə görə, iqtidar-müxalifət danışıqları, idarəetmədə ciddi struktur dəyişikliyi, rüşvət və korrupsiya ilə kəskin mübarizə “5-ci kalon”u hərəkətə gətirib: 

“Uzun zamandır ki, “5-ci kalon” korrupsiya və rüşvət maşını sayəsində geniş şəbəkə qurmaqla bütün sahələrə nüfuz edə bilib. Korrupsiyaya qarşı aparılan total hücumlar bu şəbəkənin oksigen borusunu qapadıb.

Nəfəsləri tıxanmış şəbəkənin özünümüdafiə instinkti işə düşüb. Bir sıra millət vəkillərimiz və siyasi aktivistlər problemi adı ilə çağırmağa cəsarət edirlər. Eyni zamanda korrupsiya piramidasının başında dayanan və islahatlar fonunda vəzifəsindən kənarlaşdırılan “milli Feto” nun dəstəkçiləri də səssiz qalmadılar.

Fikrimcə, Moskva tərəfdaşına dəstək üçün sərhəd bölgələrində təxribatlara “xeyir-dua” vermiş ola bilər. Hesab edirlər ki, Kollektiv Təhlükəsizlik Şurasının üzv dövlətinin sərhədlərini pozmağa cəsarət etməyəcəyik. Lakin biz Dağlıq Qarabağda aktiv hərbi əməliyyatlara keçə bilərik. Öz ərazimizdə terror qruplaşmalarını zərərsizləşdirməklə təxdribata cavab verə bilərik”. 

Analitik vurğulayıb ki, həyatda millətimiz adına ən təhqiramiz ifadə “Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib” cümləsidir: 

“Bu ifadə qədər alçaldıcı fikir yoxdur. İki milyon yarım əhalisi olan xırda bir dövlətin özündən 4 dəfə böyk bir ölkənin torpaqlarını işğal etməsini heç kimə inandıra bilmərik. Hər kəsin bildiyi həqiqət odur ki, torpaqlarımız üçüncü ölkənin, yəni Rusiyanın ciddi dəstəyi ilə ermənilər tərəfindən işğal edilib.

Bu kəlmələri deyə biləcək cəsarətə sahib olduğumuz gün torpaqlarımızı mənəvi işğaldan qurtarararaq qayıdışın başlanğıcını qoya bilərik”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu