Qazaxıstanda karantin daha iki həftə uzadıldı

Qazaxıstanda koronavirusla bağlı epidemioloji vəziyyət səbəbindən karantin rejimi daha iki həftə uzadılıb.
"Sherg.az" "Qafqazinfo"ya isitnadən xəbər verir ki, bu barədə ölkənin Prezidenti Kasım-Jomart Tokayev Tvitter səhifəsində yazıb.

"Epidemioloji vəziyyətlə əlaqədar olaraq karantin daha iki həftə uzadılacaq. Sabah hökumət komissiyası qərar qbəul edəcək. Karantin vətəndaşlarımızın sağlamlığı üçün lazımdır və özünümüdafiə ilə bağlı güclü tədbirlər görülməlidir", - deyə Tokayev qeyd edib.

Xatırladaq ki, koronavirusdan ölənlərin xatirəsinə görə bu gün Qazaxıstanda matəm günü elan edilib.

Hazırda Qazaxıstanda Covid-19-dan 375 nəfər dünyasını dəyişib. Ümumilikdə 59 899 nəfər virusa yoluxub, 33 814 nəfər isə xəstəliyə qalib gəlib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu