Aprel şəhidi kapitan Mühüd Orucovun doğum günüdür - FOTO


Azərbaycanın hərb tarixinə Aprel döyüşləri kimi yazılan şanlı tarixi qələbəmizin  zamanı Qazax rayonunun üç nəfər igid oğlu - kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyev ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalıb.

Bu gün həmin şəhidlərimizdən kapitan Mühüd Orucovun doğum günüdür. Bununla əlaqədar Qazax gəncləri şəhidin doğulub boya-başa çatdığı Fərəhli kəndində olublar. Gənclər şəhidin məzarını ziyarət edərək gül dəstələri qoyub, ona olan ehtiramlarını bildiriblər.

Kapitan Mühüd Orucov 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə yüksəlib. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılıb. Mühüd Orucov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu