Bakıda itkin düşən 27 yaşlı qadın Türkiyədə tapıldı

Bakıda itkin düşən qadın tapılıb.
Trend-in məlumatına görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Salatın Qaryağdılı iyunun 10-da evdən çıxıb və bir daha geri qayıtmayib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, qadın iyulun 10-da Türkiyəyə gedib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu