XİN: “Ermənistanın təcavüzkar və terrorçu mahiyyəti yenidən üzə çıxdı”

“Ermənistanın təcavüzkar və terrorçu mahiyyəti yenidən üzə çıxdı”.
Oxu.Az-ın verdiyi məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Twitter” hesabında yazıb.

“Ermənistan silahlı qüvvələri Azərbaycan və Ermənistanın dövlət sərhədi boyunca Tovuz rayonunun kəndlərində yaşayan mülki şəxsləri hədəfə alıb. Ermənistanın təcavüzkar və terrorçu mahiyyəti yenidən üzə çıxdı. Ermənistan rəhbərliyi onların hərəkətlərinin cəzasız qalacağını düşünməməlidir! Təcavüzə son qoyun”, - deyə, Leyla Abdullayeva yazıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-də səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu