“Beynəlxalq ictimaiyyət bu hadisələrə səssiz qalmamalıdır” 

Cəbhədən xəbərlər gəlir.  Atışmalar davam edir. Təəssüf ki, şəhidlərimiz də var. Onlar öz hünərləri ilə ən yükəsk zirvəyə ucalır, əbədi dünyanı qazanırlar. Qana susamış düşmən isə təxribatlarına son vermir. 


  Qarabağ qazisi Kamil Musavi ermənilərin növbəti təxribatı “Sherg.az”a danışıb. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət bu hadisələrə səssiz qalmamalıdır: 

“Ermənilər növbəti dəfə çirkin niyyətlərini ortaya qoydular. Aprel döyüşlərində düşmənə himayədarlıq edən beynəlxalq qurumlar indi hara baxırlar?! Onlar məsələyə düzgün qiymət verməlidirlər. Birdəfəlik anlamaq lazımdır ki, ermənilər sülh dilini başa düşmürlər”.

 K.Musavinin fikrincə, bizim bircə yolumuz var:

“Biz əks-hücum etməliyik. Cəbhənin bütün istiqamətlərində hücuma keçməliyik. Bir daha təkrar edirəm ki, ermənilər heç vaxt sülhə yaxın durmayacaq, bunu anlamayacaqlar”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu