Daha 51 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək


1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçu və daxili işlər orqanları əməkdaşlarından ibarət daha 51 şəhidin 75 vərəsəsinə də yaxın günlərdə birdəfəlik ödəmə (11 min manat) veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya bununla əlaqədar qərar qəbul edib.

Nazirlikdən verilən məlumata görə, birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

Ümumilikdə, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçu və daxili işlər orqanları əməkdaşlarından ibarət 12 281 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib.

Onlardan artıq 12 mindən çox şəhidin 18 mindən çox vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı həyata keçirilib. 

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 99 faiz icra olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu