Kreml Ermənistan-Azərbaycan sərhədində vəziyyətə münasibət bildirdi

Kreml Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərindən narahatdır.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərin narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi ilə bağlı üzərinə götürdükləri öhdəliyə riayət etməyə çağırırıq”, - deyə o qeyd edib.
D. Peskov bildirib ki, Rusiya Minsk qrupunun həmsədri kimi nizamlanma ilə bağlı öz vasitəçilik səylərini göstərməyə hazırdır: “Bildiyiniz kimi, Rusiya XİN başçısı Sergey Lavrovun Bakı və İrəvandan olan həmkarları ilə intensiv telefon danışığı olub. Hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu