“Türkiyənin mesajları məhz Rusiyaya ünvanlanıb”

“Rusiya Ermənistana kömək edəcəksə, Türkiyə Azərbaycanla birgə hərbi əməliyyatlara başlayacaq”

“Azərbaycanın Türkiyəyə müraciəti dərhal, türk qoşunlarının cəbhə bölgəsində peyda olması ilə nəticələnəcək”



"Ermənistanın Tovuz istiqamətində təxribatlarını davam etdirməsi planı ciddi fisaskoya uğrayır.  Buna rəğmən təxribatları davam etdirir. Bu da deməyə əsas verir ki, burada digər ölkənin planının olması istisna deyil".  
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 
Dövlət sərhəddində baş verən təxribatların  təkcə Ermənistanın planı olmadığını vurğulayan politoloqun fikrincə, Gürcüstan prezidentinin bəyanatına fikir verdikdə, görünür, ki, onun verdiyi açıqlama Ermənistan və onun havadarının maraqlarına xidmət edir: 

 "Azərbaycan Qarabağ istiqamətində hücuma keçməli, Araz boyu əraziləri və Ağdam işğaldan azad etməlidir. Həmçinin Kəlbəcər istiqamətində də düşmən qüvvələrini geri otuzdurmalıdır.  Əlavə olaraq onu da qeyd edim ki, Türkiyənin verdiyi mesajlar məhz Rusiyaya ünvanlanıb.


Əgər Rusiya Qarabağda Azərbaycana qarşı Ermənistana kömək edəcəksə, Türkiyə Azərbaycanla birgə hərbi əməliyyatlara başlayacaq. Azərbaycanın Türkiyəyə müraciəti dərhal, türk qoşunlarının cəbhə bölgəsində peyda olması ilə nəticələnəcək.

Nəzərə alaq ki, Türk qoşunlarının çətin dağlıq ərazilərdə müharibə aparmaq təcrübəsinə malikdir. Nə Ermənistan, nə də Rusiyanın belə təcrübəsi var. Türkiyə Rusiya üçün çəkindirici faktor ola bilər. Aviasiya və raketlərin iştirakı ilə işğal olunmuş ərazilərə hücum etmək mütləqdi.

Azərbaycan bir neçə rayonu işğaldan azad edib, burada möhkəmlənə bilər. Atəşkəsə getmək lazım deyil. Rusiyanın məlum bəyanatına fikir vermək gərəkli deyil".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu