“Bu təxribatlar Ermənistanı fəlakətli duruma salacaq”

“Təcavüzkar Ermənistan bir daha beynəlxalq hüququn norma və qaydalarına məhəl qoymadığını, işalçı və təcavüzkar mahiyyətindən bir addım olsun belə, geri cəkilmədiyini göstərdi”. 

Bu sözləri “Sherg.az”a millət vəkili Eldəniz Səlimov deyib. 

Deputat bildirib ki, iyulun bir neçə gündür sərhəddə davam edən təxtibatçılıq Ermənistanın Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllində qətiyyən maraqlı olmadığını göstərdi: 

“Düşmən ölkə hər vəchlə danışıqların pozulmasına, konfliktin uzadılmasına çalışdığını sübuta yetirmiş oldu. Ancaq Ermənistanın fitnəkarlığı cəzasız, cavabsız qalmır və qalmayacaq.



Azərbaycan Ordusu işğalçı dövlətin və quldurlardan ibarət silahlı birləşmələrinin layiqli cavabını verir. Ermənilərin bütün təxribatı qətiyyətlə dəf ediləcək, düşmən ağır bədəllər ödəyəcək.

Artıq Ermənistanda panika, qorxu və həyəcan hökm sürməkdədir. Nə qədər gizlətməyə, pərdələməyə, ört-basdır etməyə çalışsalar da, alınmır.

Sadə insanlar Ermənistan rəsmilərinin açıqlamalarına inanmırlar. Bilirlər ki, Ermənistanın bu təxribatları ölkənin onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıracaq, fəlakətli duruma salacaq.

Nikol Paşinyan sərhəddə bu cür təxribata rəvac verməklə, diqqəti daxili problemlərdən, xüsusilə də, qarşısında aciz qaldığı pandemiyadan yayındırmağa çalışır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu