“Ermənistana “zəhər” verən Rusiyadır”

“Ermənistan torpaqlarımızı işğal etməklə kifayətlənməyib, hələ təxribat da törədir”

“İlanın başını əzməliyik! Qətiyyətlə və birdəfəlik!”


Tovuzda erməni təxribatı davam edir. Azərbaycan ordusu hərb meydanında hünər göstərir, düşmənə layiqli cavab verir. Ancaq, necə deyərlər, su səhəngi su yolunda qırılar…Şəhidlərimiz də var. Onlardan biri də general-mayor Polad Həşimovdur. Generalımızın şəhid olması onu göstərir ki, Azərbaycan ordusunda birlik, həmrəylik mövcuddur. Ermənistan silahlı  qüvvələrindən fərqli olaraq, bizdə generallar siravi əsgərlərin arxasında gizlənmirlər. Əksinə, aşağı rütbəli, daha az təcrübəli hərbçilərə nümunə göstərərək öndə gedirlər. 


 Bu fərəhləndirici məqamla bağlı “Sherg.az”a danışan hərbi ekspert,ehtiyatda olan polkovnik-leytenant  İbrahim Rüstəmli bütün şəhidlərimizə rəhmət diləyib: 

“İlk növbədə onu deyim ki, generalın harda olması o qədər də vacib deyil. Generalı itirmək isə böyük dərddir. Allah Polad bəyə və onun timsalında digər şəhidlərimizə rəhmət eləsin. Belə təxribatlar həmişə olub, bundan sonra da təkrarlanacaq. Əlbəttə, müharibə varsa, şəhid də olmalıdır. Nə qədər ki, biz bu məsələni kökündən həll edə bilmirik, yenə şəhid verəcəyik”. 

İ.Rüstəmlinin fikrincə, biz təkcə cəbhədə deyil, bütün sferalarda təxribata cavab verməliyik: 

“Düşmən çox hiyləgər və məkirlidir. Eyni ilə ilan kimi. Bu ilana zəhər verən isə Rusiyadır. Ermənistan torpaqlarımızı işğal etməklə kifayətlənməyib, hələ təxribat da törədir. Üstəgəl, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək təqsirkar kimi Azərbaycanı qələmə verir. Paşinyanın arvadı isə Azərbaycan analarına səslənərək sülh istəyir. Bu, ermənilərin necə həyasız millət olduqlarını təsdiqləyir. Deməli, ilanın başını əzməliyik! Qətiyyətlə və birdəfəlik!”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu