Daha 350-dən çox azərbaycanlı Rusiyadan təxliyyə olundu

Bu gün daha 350-dən çox Azərbaycan vətəndaşının Rusiyadan vətənə qayıtması təmin olunub.
Bunu Report-un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.
“Onlar Rusiya-Azərbaycan sərhədində gözləyirdilər. Hazırda sərhədi keçmək istəyən və sərhədə yaxın bölgələrdə 300-dən çox həmyerlimiz var”, - o bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu