Belarus XİN: Bu münaqişə vəziyyətindən dərin narahatlıq keçiririk

“Belarus Respublikası Azərbaycan-Ermənistan sərhədində davam edən münaqişə vəziyyətindən dərin narahatlıq keçirir”. 
APA-nın məlumatına görə, bu barədə Belarus Xarici İşlər Nazirliyinin bəyanatında bildirib. 
Qeyd olunub ki, bütün münaqişələr istisnasız olaraq sülh yolu ilə, danışıqların və beynəlxalq səviyyədə tanınmış alətlərin köməyi ilə həll olunmalıdır: "Güc tətbiqi ancaq vəziyyəti dərinləşdirə bilər. Tərəfləri atəşkəs rejiminə riayət etməyə və gərginliyi artıracaq və insan itkilərinə aparan hər hansı bir addımlardan çəkinməyə çağırırıq. Ümid edirik ki, Bakı və İrəvan birbaşa dialoqu bərpa edəcək, bütün bölgədə sabitliyə görə məsuliyyəti dərk edərək hər iki xalqa xas olan müdriklik və ehtiyatlılıq nümayiş etdirəcəklər. Həm də ümid edirik ki, Azərbaycana və Ermənistana dost olan bütün ölkələr, o cümlədən ATƏT-in Minsk Qrupu çərçivəsində, vəziyyətin daha da gərginləşməməsi üçün öz nüfuzundan istifadə edəcəklər”.  

Paylaş

Bizi Facebookda izləyin
menu
menu