“Google” böyük miqdarda cərimə ödəyə bilər

İnternet istifadəçilərini total izləməsi ilə məşğul olan “Google” milyardlarla dollar cərimə ödəyə bilər.
REN TV xəbər verir ki, internet nəhənginə qarşı daha bir məhkəmə iddiası qaldırılıb.
Şirkət “Google” istifadəçilərinin məlumat ötürmə funksiyasını söndürməsinə baxmayaraq, onların hesablarını məxfi yolla nəzarətdə saxlamaqda ittiham olunur.
Məhkəmə iddiası qaldıranlar iddia edir ki, “Google” korporasiya tərəfindən istehsal edilən tətbiqlər istifadəçilərdən qanunsuz məlumat toplayır.
“Google” korporasiyası ittihamları şərh etməkdən imtina edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu