"Lütfən, açıq paylaşımlarımızda məsuliyyətli olaq"

Ələsgər Məmmədli vətəndaşlara müraciət edib



"Hazırda çox gərgin bir dönəm yaşayırıq. Son iki gündür ciddi itkilərimiz oldu. Ermənistanın zəncirini əlində tutanlar anlaşılan ciddi bir senarini səhnəyə qoyublar". Bu sözləri media-hüquq üzrə mütəxəssis  Ələsgər Məmmədli özünün şəxsi feysbuk hesabında yazıb. 
Ekspertin sözlərinə görə, zamanımızdakı internetin mövcudluğu xüsusilə sərhəd və təmas xəttinin bir addımlığında yaşayan insanların üzərinə daha ciddi məsuliyyət qoyur:

"İş elə gətirib ki, ərazilərimizin işğalı nəticəsində təmas xətti boyunca və sərhəd boyunca yüz minlərlə vətəndaşımız gündəlik həyatını yaşamaq zorundadır. 

Azərbaycan silahlı qüvvələri ölkənin müdafiəsini təşkil edərkən məcburən, əhalini yaşadığı yerdən çıxarmadan taktiki addımlar atmaq zorunda qalır.

Bu zaman istər-istəməz təmas xəttinə yaxın və ya sərhəddə yaxın ərazidə yaşayan insanlar müxtəlif hərəkətləri birbaşa müşahidə edə bilirlər. Bu, hər hansı texnikanın, birliklərin dislokasiyası, manevrası, sayı, təyinatı ola bilir. 

Bəzən vətənpərvərlik duyğularından bilmədən bu kimi bilgilər "yaxşı hal kimi" tirajlanır. 

Belə bilgilər (foto, video, şəkil, məlumat və s.) heç bir halda ictimai açıq platformalarda paylaşılmamalı, tirajlanmamalıdır. Lütfən,  açıq paylaşımlarımızda məsuliyyətli olaq, içərisində "hərbi bilgilər" olan məlumatların tirajlanmasında rol almayaq. 

Əlbəttə, bu tip bilgilər birbaşa hərbi sirr olmaya bilər, lakin yenə də düşmən tərəfə əlavə vasitələrdən istifadə etmədən bilgi axımını təmin edə, üstünlük yarada bilər".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu