“Ermənistan özünü terror təşkilatı kimi aparır” - Vandalizm aktı !

“Çünki erməni əsgərlər dinc sakinlərimizə də atəş açırlar”



Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətindəki atışmalarda düşmənin 100-ə yaxın canlı qüvvəsi, xeyli sayda hərbi texnikası məhv edilib. Amma Ermənistan hakimiyyəti ölənlərin sayını gizlədərək gözdən pərdə “asmağa” çalışır. 
Ordumuzun qətiyyətli mübarizəsi, göstərdiyi şücaət cəmiyyətimizdə böyük ruh yüksəkliyi və döyüş əhval-ruhiyyəsi yaradıb.  Xalqımız bir yumruq kimi birləşərək daim Ali Baş Komandanın yanındadır. Minlərlə vətəndaşın cənab Prezidentə müraciət edərək səfərbərlik istəməsi, torpaqlarımızı geri qaytarmaq yanğısı qürurverici haldır. Xalqımız birlik və həmrəylik göstərərək düşmən tapdağında olan ərazilərimizi azad etməkdə qətiyyətlidir. 

Mövcud vəziyyəti “Sherg.az”a dəyərləndirən Culfa-Babək seçki dairəsindən olan millət vəkili Ülviyyə Həmzəyeva bildirib ki, bu gün Ermənistanın daxili siyasəti çox gərgin və biabırçı durumdadır. 

Ermənistanda gərgin sosial-iqtisadi və demoqrafik vəziyyətin hökm sürdüyünü diqqətə çatdıran xanım parlamentari işğalçı ölkənin siyasi sisteminin də yarıtmaz olduğunu deyib:

“Məlumdur ki, Ermənistan vətəndaşlarının  pandemiyadan qorunması ilə bağlı effektiv addımlar ata bilmədi. Ermənistan artıq beynəlxalq qurumlar qarşısında çox acınacaqlı vəziyyətdə qalıb. İctimaiyyətin diqqətini yayındırmaq üçün də məhz Tovuz istiqamətində təxribatlara əl atdı. Ordumuz düşmənin layiqli cavabını verib, geri oturtdu.  Onların 100-dən çox əsgəri, eləcə də hərbi texnikası məhv edildi. Ağır döyüşlərdə biz də itki verdik. General-mayorumuz Polad Həşimov şəhid oldu. Həmçinin hərbiçlərimizi, əsgərlərimizi itirdik. Ermənistan özünü dövlət kimi yox terrorçu qurum kimi aparır. Çünki onlar yalnız hərbçilərimizə deyil, dinc sakinlərimizə də atəş açırlar. Bu, vandalizm aktıdır. Çox ağır dönəmdəyik. Amma Azərbaycanın müzəffər  ordusu düşmənə layiqli cavab verir.  Bakıda və bir çox rayonlarda böyük izdiham yaşandı. İnsanlar küçəyə çıxaraq dövlətimizə, ordumuza  dəstək ifadə etdilər. Vətəndaşlarımız cənab Prezidentin ətrafında sıx birləşib. Qeyrətli oğul və qızlarımız meydanlara axın etdi. Onlar bir çox şüarlar səsləndirərək aksiya keçirdilər”. 

Polislərimizin vətəndaşlarla birgə aksiyaya qoşulmasına diqqət çəkən parlament üzvü bunun qürurverici hal olduğunu vurğulayıb:

“Bir qrup insan təxribat törətmək üçün mənfi hallara yol verdi. Onlardan biri də Milli Məclisə edilən hücum idi. Lakin Azərbaycan çox güclü bir dövlətdir. Azərbaycan 1990-cı illərdəki kimi deyil. Bu gün qüdrətli ordumuz, müdrik dövlət başçımız var. Dövlətimizin qanunları hər bir məqamı tənzimləməyə qadirdir”. 

Xanım parlamentari qeyd edib ki, bütün dünyaya Azərbaycanın yüksək döyüş əhval-ruhiyyəsində olduğunu sübut etdik:

“Cənab Prezidentimiz və Birinci vitse-Prezident xalqımızın yanındadır. Bunu ölkə başçısının şəhid ailələri ilə telefon danışıqlarından da açıq-aydın görə bilirik. Prezident hər bir vətəndaşın yanındadır. İnanıram ki, işğal olunmuş bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğanacaq. Həqiqətən də ağır günlər yaşayırıq. Lakin əminliklə deyirəm ki, Azərbaycan ordusu torpaqlarımızı azad etməyə qadirdir. Düşmənin törətdiyi təxribatla bağlı Milli Məclisin sədri Sahibə xanım Qafarova da bir çox beynəlxalq təşkilatlara məktub ünvanladı. Artıq bir çox beynəlxalq qurum başa düşür ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan çirkin əməllərindən əl çəkmir. İşğalçı ölkə heç bir təşkilatdan gözlədiyi dəstəyi ala bilmədi. Çünki hər kəs bilir ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu mənada inanıram ki, torpaqlarımızı işğldan azad edəcəyik”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu