Həkimdən müjdə: “Vəziyyət tədricən düzələcək”

"Ən azından yoluxanların, xəstəliyi ağır keçirənlərin sayı azaldı"

 Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb. Bir çoxları qərarı narazılıqla qarşılasa da, ekspertlər ehtiyatı əldən verməməyi tövsiyə edirlər.

Həkim-allerqoloq Şahvələd Məmmədov da “Sherg.az”a açıqlamasında karantin rejiminin nəticə verəcəyinə inandığını deyib:

“Bundan əvvəlki karatin rejimi dövrünü təhlil etsək, müsbət tendensiyanın ortaya çıxdığını görərik. Ən azından yoluxanların, xəstəliyi ağır keçirənlərin sayı azaldı. Həmçinin gənclər arasında yoluxma halına, demək olar, rast gəlinmədi. Bunlar kütləvi toplaşmanın qarşısının alınması ilə bağlı idi”. 

 Həkimin fikrincə, üzü payıza doğru vəziyyət stabilləşəcək:

“Əlbəttə, sadaladığım göstəricilərdə isti havanın da müstəsna rolu var. Karantin rejiminin növbəti dəfə uzadılacağını, yəni sentyabradək davam edəcəyini istisna etmirəm. Amma, məncə, ağırlaşma olmayacaq. Əksinə, vəziyyət tədricən düzələcək”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu