Zərdabinin heç bir kitaba daxil edilməyən elannaməsi... - Akif Aşırlı yazır - FOTOLAR 

"Həsən bəy Zərdabinin 1875-ci ildə Bakı Quberniya mətbəsində elannamə çap etdirib".

"Sherg.az" xəbər verir ki, bu barədə "Sherg.az"qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı öz Feysbuk hesabında yazıb. 



Araşdırmaçı jurnalist qeyd edib ki, abunə ücün nəzərdə tutulan bu tarixi sənəd Qafqazda və Rusiyada yaşayan müsəlman-türk əhaliyə, dövrün ziyalılarına ünvanlanıb:

"H.Zərdabi M.F. Axundova da bu elannaməni, abunə şərtlərini göndərib, kömək istəyib. Mirzə Fətəlinin Həsən bəyə məşhur məktubu da bu sənəd əsasında tarixləşib. Abunə elannaməsində Həsən bəy hər bir millətin inkişaf səviyyəsi olduğunu qeyd edərək, zamanla ayaqlaşmağı vacib hesab edir və yazırdı: "Qırx -əlli il bundan əqdəm biz Qafqasiyyə müsəlmanları tüfəng və xəncər işləməklə mənfəətdar olurduq , amma şimdi zəmanə dəyişdiyinə görə , tüfəng atmaqdan , xəncər bağlamaqdan bir nəkə mənfəət qalmayıbdır". " Əkinci" adlı qəzet nəşr edəcəyini bildirən Həsən bəy dindaş və millətdaşlarını bu qəzetə abunə olmağa cağırırdı".



Sonda A.Aşırlı qeyd edib ki, sənəd 1875 -ci ilin 27 mart tarixinə aiddir. İndiyədək H.Zərdabi barədə yazılan ,nəşr edilən heç bir kitaba daxil edilməyib. Elannamənin surəti "Şərq" qəzetinin Mətbuat Tarixi muzeyində nümayiş olunur.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu