“Rusiya hərbi təlimlərlə Türkiyəyə “göz dağı” vermək istəyir” – HƏDƏ!

“"Qafqaz-2020" hərbi təlimləri həm də Azərbaycana təzyiqdir”


“Fikir vermək lazım deyil. Bunlar boş cəhdlərdir. Rusiyanın nə əvvəlki gücü, nə də qüdrəti qalıb”


Tovuz sərhədi boyunca Azərbaycan-Ermənistan gərginliyi davam edərkən, Rusiya prezidenti Vladimir Putin 150 minlik ordu ilə "Qafqaz-2020" hərbi təlimlərinin keçirilməsinə əmr verib. 
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib.
Hərbi təlimlər regionun Cənub və Qərb hissəsində baş tutacaq. 

Şoyqu bəyan edib ki, 56 taktiki təlim keçiriləcək: “Burada 150 minə yaxın hərbçi, 26 mindən çox texnika, 414 təyyarə, 106 gəmi iştirak edəcək. Təlimlər 35 təlim meydançası, Qara və Xəzər dənizində baş tutacaq".Xəzər və Qara dənizdə təlimlərə Şimali və Sakit okean üzrə hərbi dəniz qüvvələri də qatılacaq.



Rusiya prezidentinin qəfil əmri ilə bağlı “Sherg.az”a danışan Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Sərdar Cəlaloğlu bunun qardaş Türkiyəyə hədə olduğunu düşünür:

“Bildiyiniz kimi, son vaxtlar Rusiya ilə Türkiyənin maraqları toqquşur. Şimal qonşumuz hərbi təlimlərlə Türkiyəyə “göz dağı” vermək istəyir. Bu, həm də Azərbaycana təzyiqdir. Ümumiyyətlə, Putin hakimiyyətə gəldiyi andan etibarən özünü imperator kimi aparmaq, imperiya yaratmaq niyyətindədir.  Ancaq fikir vermək lazım deyil. Bunlar boş cəhdlərdir. Rusiyanın nə əvvəlki gücü, nə də qüdrəti qalıb”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu