Türkiyənin dəstəyi bir mesajdır ! - “Azərbaycan savaşda tək deyil”

“Həmişə olduğu kimi gələcəkdə də münasibətlərimiz ən yüksək səviyyəyə qalxacaq”

“Belə olmağı hər iki tərəfin arzusudur”


Tovuzda baş verən son hadisələr fonunda Türkiyənin mövqeyi konkret və qəti şəkil aldı. Ermənistanın ölkəmizə qarşı təxribatları fonunda qardaş ölkədən bizə tam dəstək gəldi. 

Türkiyə prezidenti, müdafiə naziri və digər rəsmilər, həmçinin müxalifət partiyaları ortaq mövqedən çıxış etdilər. Türkiyənin belə konkret mövqe sərgiləməsi Azərbaycana böyük dəstəkdir. Bu dəstəkdən sonra Türkiyə ilə Azərbaycan arasında bağlar daha da möhkəmləndi. Artıq bilirik ki, şanlı Türk ordusu bizi daha böyük dövlətlərdən qorumaq gücündədir. 

Əlbəttə ki, Azərbaycan Ermənistanı tam məhv etməyə hazırdı. Ordumuzun vurduğu zərbə bunun əyani göstəricisidir. Ancaq qardaş ölkənin dəstəyi də vacibdir. Türkiyənin Azərbaycanın yanında olması onu deməyə əsas verir ki, ölkəmizin arxasında böyük dayaq var.



Millət vəkili Elman Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, biz Türkiyə ilə dini, dili eyni olan millətik. Deputat qeyd edib ki, hazırda hər iki dövlət rəhbərlərinin apardığı siyasət mühüm rol oynayır:

“Qardaş ölkə ilə mövqelərimiz bir-birinə uyğun gəlir. Azərbaycanla Türkiyə işğalçılıq siyasətini pisləyən, haqqın, ədalətin tərəfindən olan siyasət yürüdür. Hesab edirəm ki, qardaşlığımız və dostluğumuz daha da genişlənməlidir.

Bütün sahələrdə, xüsusilə hərbi sahədə müttəfiq olmalıyıq. Ermənilərin təxribatı zaman Türkiyə Cumhur Başqanından tutmuş, xarici işlər, müdafiə naziri və başqa rəsmilərin verdiyi bəyanatlar birmənalı olaraq ölkəmizə dəstəkdir. 

Bu, yalnız düşmənə verilən xəbərdarlıq deyil. Eyni zamanda bütün dünyaya verilən mesajdır ki, Azərbaycan savaşda tək deyil.

Hesab edirəm ki həmişə olduğu kimi gələcəkdə də münasibətlərimiz ən yüksək səviyyəyə qalxacaq. Belə olmağı hər iki tərəfin arzusudur”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu