Deputat: “Sağlam olmaq istəyiriksə, qaydalara əməl etməliyik”

Ölkəmizdə xüsusi karantin rejimi daha 2 həftə uzadıldı. Koronavirus infeksiyası ilə bağlı son günlərin dinamikası heç də ürəkaçan deyil. Tələb və qaydalara əməl edilmədiyinə görə yoluxma sürəti artıb.
Sözsüz ki, dövlətin qəbul etdiyi qərarlar əhalinin təhlükəsizliyi və sağlamlığı üçündür. Vətəndaşlar birlik göstərərək bu bəladan qurtulmaq uğrunda birgə mübarizə aparmalıdır.
Karantin rejiminin uzadılmasında əsas məqsədin vətəndaşların sağlamlığı olduğunu deyən millət vəkili Ceyhun Məmmədov “Sherg.az”a bildirib ki, virusa yoluxanların artım dinamikası hələ azalmayıb:

“İlk gündən deyirdik ki, hər kəsin vahid mövqedən çıxış etməsinə ehtiyac var. Hamımız həmrəylik nümayiş etdirməliyik ki, tezliklə bu bəladan xilas olaq. Əvvəlki dövrlərdə də vətəndaşlarımızın bir hissəsi ilk gündən qaydalara əməl edirdilər, bu gün də edirlər. Amma bəzi vətəndaşlarımız qaydalara yenə də tam riayət etmirlər.

Ona görə də dövlət müxtəlif qərarlar qəbul edir ki, yoluxma tempi aşağı düşsün. Bütün hallarda hər kəsin birlik göstərməsinə ehtiyac var. Vətəndaşlar üzərilərinə düşəni yerinə yetirməlidirlər. İnsanların bir hissəsi məsuliyyətsiz davrandığı üçün bu çətinliyi yenə də yaşayırıq. Sağlam olmaq, milli təhlükəsizliyimizi qorumaq istəyiriksə, mütləq müəyyən prinsip və qaydalara əməl etməliyik. 

Birlik olsa, istədiyimiz nəticələrə nail ola bilərik. Əks təqdirdə bu epidemiyadan müəyyən müddət əziyyət çəkəcəyik. Fərqli yanaşmaların olduğunu hər birimiz görürürük. Amma özümüzü, yaxınlarımızı qorumalıyıq. Bütün gücümüzlə sağlamlığımız üçün mübarizə aparmalıyıq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu