“Rusiya Ermənistanın hava məkanını qoruyur”- Polkovnik açıqladı

“İstənilən halda Azərbaycan hər şeyə hazır olmalıdır”


Ermənistanda Rusiya hərbçiləri ilə birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində planlaşdırılan təlimlər başlayıb. Bu barədə Ermənistan Respublikası Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” səhifəsində yazıb. 

Onun sözlərinə görə, Ermənistan və Rusiya hərbçiləri şərti düşmənin kəşfiyyat və zərbə PUA-larına (Pilotsuz Uçuş Aparatı) qarşı mübarizə bacarıqlarını tətbiq edirlər. Hərbi manevrlər Ermənistan-Azərbaycan sərhədində son günlər yaşanan gərginlik fonunda aparılır.

Qara və Xəzər dənizindən sonra Rusiyanın Ermənistanda təlimlərə başlamasını “Sherg.az”a qiymətləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov bunun formal xarakter daşıdığını deyib: 

“Proqram üzrə davam edən adi təlimlərdən biridir. Əlbəttə, Ermənistandakı Rusiya qüvvələri də bu təlimlərdə iştirak edir. Ümumiyyətlə, Rusiya Ermənistanın hava məkanını qoruyur. Bu, belə də olmalıdır. Çünki düşmən ölkədə şimal qonşumuzun bazası var”. 

Ş.Ramaldanov, həmçinin bildirib ki, istənilən halda Azərbaycan hər şeyə hazır olmalıdır:

“Dediyim kimi, təlimlərin arxasında ciddi bir səbəb axtarmağa ehtiyac yoxdur. Müntəzəm keçirilən hazırlıqlardan biridir. Lakin düşmənin təlimlərdə öyrəndiklərini Dağlıq Qarabağda tətbiq edəcəyini bilməli və ehtiyatı əldən verməməliyik”. 

 Ehtiyatda olan polkovnikin sözlərinə görə, son vaxtlar PUA-lara diqqət xüsusilə artıb: 

“Bu texnika hərbi sənayəsinin xüsusi və ən yeni istiqamətlərindən biri hesab olunur. Ona görə də təkcə Ermənistan yox, digər dövlətlər də PUA-lara önəm verirlər. Bu istiqamətdəki biliklər təkcə texniki yox, həm də praktiki cəhətdən artırılır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu