MÜHÜM ÇAĞIRIŞ ! - "Erməni təxribatına beynəlxalq hüququn "dil"i ilə cavab verməliyik"  

"İşğalçı Ermənistan artıq hərbi cəbhə ilə yanaşı, diplomatik cəbhədə də məğlub olub. Hətta mübarizə dünya cəbhəsinə keçib. Tovuz hadisələrindən sonra 50 milyonluq Azərbaycan xalqı həmrəylik nümayiş etdirərək, erməni lobbisinin ən aktiv olduğu  ölkələrdə Dağlıq Qarabağa dəstək askiyası keçirməyə başladı. Bu mənzərə düşməni hiddətləndirməyə bilməzdi".
"Sherg.az" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov bildirib. O qeyd edib ki, düşmən dünyanın dörd bir yanında Dağlıq Qarabağa dəstək aksiyası keçirən həmvətənlərimizə qarşı təxribat xarakterli addımlar atmağa başlayıb:

"Sivil həmvətənlərimizə qarşı öz xarakterlərinə vandalizm nümayiş etdirdilər. Soydaşlarımıza ağır xəsarət yetirdilər.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatından sonra Belçika hökuməti məsələyə müdaxilə edib, həmvətənimizi amansızcasına döyən17 erməni saxlanılıb".

Bundan başqa tanınmış idman mütəxəssisi məxsusi olaraq qeyd edim ki, bu işlərdə qəribə, qəribə olduğu qədər də təəssüfləndirici bir məqam ortaya çıxıb:

"İllərdir, Avropa ölkələrində oturub , Azərbaycanı, Azərbaycan xalqı və hökumətini təndiq və hətta təhqir atəşinə tutan antimilli ünsürlərin, “qəhrəman”ların səsi çıxmadı. Nədənsə bu milli həmrəyliyimizdə, Qarabağ davamızda onların dəstəyini, köməyini görmədik. Azərbaycan hökumətinə qarşı Avropada təşkil olunan aksiyalara onlarla antimilli məxluq yığıb gətirən lümpen düşüncə daşıyıcları indi öz vətəndaşının, qandaşının, soydaşının ermənilər tərəfindən döyülməsində “ağzına su alıb oturur”. Erməni vəhşiliklərinə reaksiya vermirlər. Əksinə barbar ermənilərə dəstək ifadə edirlər. Bir zamanalar özlərini Azərbaycan xalqının “həqiqət çarçısı” və “ümid işığı”, “xilaskarı” kimi qələmə verənlər indi milli birlik yolunda “əllərini daşın altına qoymaq” istəmirlər. Çünki onlar əllərini başqa yerə- erməni lobbisinin “cib”inə qoyublar. Bütün varlıqlarını, şərəflərini öz merkantil maraqlarının təminatı üçün 5-3 avroya qurban veriblər.

Şübhəsiz ki, bu susqunluqları onların “qəhrəmanlıq”larının mərəz və marazmdan ibarət bir blef olduğunu aydın şəkildə ortaya qoyur. Onlar öz şərəf və ləyaqətlərini, vicdanlarını erməni lobbisinin “əl”i ilə abort etdiriblər. Təbii ki, bu cür əqidə alverçilərini Azərbaycan xalqı və dövləti çoxdan tarixin zibilliyinə atıb, atır və atacaq. Bu cür əqildən və əqidədən qısırlar “Qarabağı unudun”, “Qarabağ azad olunmayacaq” kimi şüarlarla erməni lobbisinin məkirli niyyətini həyata keçirmək istəyirdilər. Onlar bu sayaq şüarlarla xalqımızın təhtəlşüurunda təslimçi bir ruh, düşüncə formalaşdırmağa çalışırdılar. Buna rəğmən “Aprel döyüşləri və Tovuz hadisələrində şahidi olduq ki, Azərbaycan gəncliyi təslimçi deyil, əksinə mübarizə ruhunda və Mübariz şücaətində böyüyür.

Bu isə ölkəmizdə aparılan gənclər siyasətinin son dərəcə təkmil olmasından xəbər verir. Eyni zamanda bu onu göstərir ki, bu gün ruhu, düşüncəsi milli şüur və milli məfkurə ilə yoğrulan vətənpərvər gəncliyimiz yetişib. Ermənilərin zərbələri qarşısında soydaşımız Rizvan Aslanovun “bu, kişilikdən deyil”deyə cavab verməsi, erməni “yan”larına sərt şillə oldu. Düşməni də narahat edən məhz budur. Azərbaycanın dünyadakı diaspor fəaliyyətinin güclənməsi düşmənin yuxusuna haram qatıb".

Sonda F.Umudov onu da əlavə edib ki, xəmirləri təxribatla yoğrulan ermənilər hərbdə, idmanda və digər sahələrdə olduğu kimi bu işdə də xaricdəki soydaşlarımızı təxribata sürükləyirlər:

"Bu həssas və kövrək məqamlarda onlara yumruq, təpiklə deyil, beynəlxalq hüququn dili ilə cavab verməliyik, veririk də. Doğrudur, düşmən milli heysiyyatımızı sınağa çəkir, emosiya və hisslərimizlə oynayır. Amma aydınlarımızın “Ağlın və biliyin bükmədiyi bilək yoxdur” kəlamını rəhbər tutaraq təmkinli davranıb, provokasiyaya uymamalıyıq. Əksinə, bu cür erməni vandallığını beynəxalq hüquq müstəvisinə çıxarıb, onları dünya ictimaiyyətinə vəhşi bir toplum kimi təqdim edə bilərik.

Bundan əlavə, xarici ölkələrdə çoxsaylı soydaşımız yaşayır, məlum vəziyyət onların da həyatına təhdiddir. Bütün bunları nəzərə alıb, səbirlə davranmaq lazımdır. Tanrı millətimizi qorusun !"

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu