Prezidentə Varşavadan yazırlar: “...Döyüşməyə hazırıq və əmrinizi gözləyirik”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.
“Sherg.az” Prezidentin saytına istinadla həmin məktublardan birini təqdim edir.
Polşa Respublikasının Varşava şəhərindən, Polşa Azərbaycanlıları Assosiasiyasının rəhbəri Xəlil Həsənov, Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli və Hüseyn Əsədli, Həzi Rəhimli, Teymur Məmmədov yazırlar: 

“Hörmətli cənab Prezident, 12 iyul tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri öz işğalçı xislətinə sadiq qalaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizə mənfurcasına hücum etmişlər. Ali Baş Komandan olaraq Sizin rəhbərliyinizlə Azərbaycan Silahlı Qüvvələrinin düşmənin işğalçı həmlələrinə qarşı davam edən əks-əməliyyatları növbəti şanlı qələbəmizlə nəticələnəcəkdir.
Polşada yaşayan Azərbaycan gəncləri olaraq Qarabağımızın azad olunması və düşmənin hücumlarının qarşısının alınması üçün döyüşməyə hazırıq və əmrinizi gözləyirik”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu