Yardım istəyən vətəndaşı dövlət nümayəndəsi döydü?


Gürcüstanın Qardabani rayonunun Kalinino kəndində yerli özünüidarəetmə orqanının kənddəki nümayəndəsi vətəndaşa fiziki şiddət göstərib.

24News.ge xəbər verir ki, bu iddia əsasında "Mtavari Arxi" telekanalı süjet hazırlayıb.

Kənd sakini Azər Bayramov, sözügedən telekanala verdiyi müsahibəsində deyib ki, yerli Bələdiyyə nümayənədliyinə yardım üçün müraciət edib. Əvəzində isə Bələdiyyə nümayəndəsi İlqar Muradov onu övladlarının gözü önündə döyüb.

Zərərçəkən bildirib ki, kənd nümayəndəsindən dəfələrlə kömək istəsə də lakin onun müraciətinə məhəl qoymayıb, onun bu dəfə kömək istəməsi və hakimiyyətdən şikayətlənməsi isə onun döyülməsinə səbəb olub. O, artıq bu barədə polisə müraciət etdiyini bildirib və deyib ki, bədənində müxtəlif yara izləri var.

"Mtavari Arxi" kanalı sujetdə qeyd edib ki, alınan məlumatlara görə, Kalinino kəndində sosial yardım əsasən "Gürcü Arzusu" partiyasının dəstəkçilərinə verilir.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu