"Ermənilər isterikaya düşərək özlərini itirdilər" - Politoloq


Ermənilər himayədarlarına yarınmaq üçün təxribatlarını davam etdirirlər. Bu dəfə özü də uzaq ölkələr də. Cəbhədəki həmlənin nəticə vərmədiyini görən düşmən indi də xaricdə yaşayan soydaşlarımıza təzyiqlər göstərməyə başlayıb. Bu isə beynəlxalq hüquqa ziddir. Düşmənin terrora əl atması açıq - aşkar görünür.

Düşmənin növbəti təxribatını "Sherg.az"a dəyərləndirən BDU-nun professoru, politoloq Əlimusa İbrahimov bunun arxasında dayanan məqsədləri izah edib:

"İyulun 12-də Ermənistanla Azərbaycan sərhədində baş verən münaqişənin səbəbkarının Ermənistan olması artıq beynəlxalq dairələrdə öz təsdiqini tapmaqdadır. Bu təxribata əl atmaqla ermənilər bir neçə məqsəd güdürdülər. Bunlar haqqında kütləvi informasiya vasitələrində yetərincə danışılıb. Mən ermənilərin nail ola bilmədikləri iki məqsəd haqqında danışmaqla onların bu gün təxribatın yeni formasına əl atmalarını əsaslandırmağa çalışacam.
Birincisi, ermənilər Azərbaycanla öz sərhədləri arasında münaqişə törətməklə respublikamızı dövlətlərarası münaqişəyə cəlb etmək və bununla Rusiya , Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan ölkələr və digər dövlətləri Azərbaycana qarşı qaldırmaq istəyirdilər.
İkincisi, bu təxribatla onlar eyni zamanda Azərbaycanı Qarabağda ola biləcək bir müharibədən yayındırmaq da istəyirdilər. Axı Azərbaycan heç zaman Qarabağın müharibə yolu ilə azad etmək variantından əl çəkməyib. Əksinə, bunu həmişə ən yüksək kürsülərdən bəyan edir".

Politoloqun sözlərinə görə, düşmənin indiyədək olan bütün cəhdləri puça çıxıb:

"Azərbaycan rəhbərliyi və hərbi qüvvələrimizin vaxtında gördükləri tədbirlər nəticəsində nəinki təxribata getmədik, hətta ermənilərin bizə qarşı hazırladıqları tələyə onların özünü saldıq. Məqsədyönlü şəkildə apardığımız təbliğat nəticəsində bütün dünya dövlətləri ermənilərə qarşı çevrildi. Xüsusilə Rusiya və Amerika Birləşmiş Ştatlarından ermənilər çox təsirli şillə aldılar.
Rusiya ermənilərin ciddi cəhdlə yardım haqqında müraciətini cavabsız qoydu, KTMT isə hadisə ilə bağlı növbədənkənar iclası keçirmədi. Amerika Birləşmiş Ştatlarının Konqresi ilk dəfə Ermənistanı işğalçı dövlət, Dağlıq Qarabağı isə işğal olunmuş region adlandırdı. Erməni politoloqlar özləri belə Amerika konqresinin bu qərarını Amerika tarixində ermənilərə qarşı çıxarılan ən ciddi qərar kimi dəyərləndirirlər. Onlar eyni zamanda Amerika Konqresinin bu qərarının Rusiyaya qarşı yönəldiyini müdafiə edir və şimaldan kömək gözləyirlər. Beləliklə, cəbhədə əl atdıqları təxribatın əks nəticə verdiyini görən ermənilər isterikaya düşərək özlərini itirdilər".

Professorun fikrincə, biz soyuqqanlı olmalı, emosiyaya qapılmamalıyıq:

"Rusiya və Avropanın müxtəlif ölkələrində azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər məhz bu isterika və psixozun nəticəsidir. Tarix boyu əzilən tərəf qismində özlərini göstərən ermənilər birdən-birə cəsarətə gəliblər və azərbaycanlılara qarşı ictimai yerlərdə qüvvə tətbiq etməyə başlayıblar.
Təbii ki, bu erməni xislətinin bariz təzahürüdür. Onlar həyata keçirmək istədiyi məsələlərdə taktikanı tez-tez dəyişməklə nəzərdə tutduqları məqsədə nail olmaq istəyirlər. Amma bu zaman hissə qapılır və əsl simalarını biruzə verirlər. Heç şübhəsiz ki, onların bu təxribatı da xalqımızın ağıllı siyasəti nəticəsində istədikləri nəticəni verməyəcək, əvəzində erməni hiyləgərliyinin daha bir üzü dünya xalqlarına məlum olacaq.
Ermənilərin bu təxribatının arxasında da Ermənistanın hazırki hakimiyyəti və xüsusən Baş nazir Paşinyanın dayandığı üzə çıxmaqdadır. Rusiyanın iyulun 25-də RBK telekanalına  verdiyi müsahibədə o, yenə də erməni vandalizmində günahı Azərbaycan tərəfinin üzərinə yıxmağa can atır və Azərbaycanı Rusiyanı   millətlərarası münaqişələr arenasına çevirməkdə günahlandırır. Bununla da, növbəti təxribatlarının da istənilən nəticəni vermədiyini və onların özlərinə qarşı çevrildiyini təsdiq edərək Rusiyanı münaqişəyə cəlb etmək istəyir.
Təbii ki, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz təxribata uymamalı və ayıq olmalıdırlr. Belə hadisələr bizi ümumi işimizdən-Dağlıq Qarabağın azad olunması istiqamətində apardığımız hazırlıqdan - yayındıra bilər. Biz ermənilərin terror formasında  təzahür edə biləcək hər cür təxribatlarına da hazır olmalıyıq".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu