Türkiyənin Kayseri şəhərində Azərbaycana dəstək mitinqi keçirilib - FOTO


Bu gün Türkiyənin Kayseri şəhərində Azərbaycana dəstək məqsədilə aksiya keçirilib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Kayserinin mərkəzindəki Cümhuriyyət meydanında  40-a yaxın təşkilatın iştirakı ilə keçirilən aksiyaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan və Şimali Kipr vətəndaşları qatılıb.

“7 dövlət, bir millət, susma artıq üsyan et, bitsin artıq bu zillət!”, “Ya Qarabağ, ya ölüm!”,   “Qansa qan, cansa can, səninləyik Azərbaycan!”, “Qarabağ Türk torpağıdır!” şüarları səsləndirilən aksiyada Kayseridəki Ərciyəz universitetinin müəllimləri, Kayseridəki azərbaycanlı ziyalılar, tələbələr çıxış ediblər.

Mitinq iştirakçılarına Azərbaycan tarixi torpaqları, Ermənistan təcavüzkarlığı haqqında məlumatlar verilib, 12 iyuldan Ermənistanln Azərbaycanın Tovuz rayonuna hücumları qınanıb, şəhidlər sayğıyla anılıb.

Mitinq şair Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəyovun bəstələdiyi “Çırpınırdı Qara dəniz” mahnısının ifası ilə başa çatıb.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu