Baş redaktordan Prezidentə minnətdarlıq:“Bu, jurnalist əməyinə verdiyiniz yüksək qiymətin bariz nümunəsidir”

Prezident İlham Əliyev 22 iyul- Milli Mətbuat Günü münasibətilə jurnalistləri təltif edib. 145 illik tarixə malik Milli Mətbuatımızın inkişafında müstəsna xidmətləri ilə seçilən media nümayəndələri “Əməkdar jurnalist” fəxri adına, “Tərəqqi” medalı və Prezident təqaüdünə layiq görülüblər. 
“Sherg.az”ın xəbərinə görə, bununla bağlı bir qrup jurnalist Prezidentə təşəkkür məktubu ünvanlayıb. 
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Prezidentə yazdığı məktubda vurğulayır: 

“Hörmətli cənab Prezident, Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, mətbuatın inkişafında xidmətləri olan jurnalistlərə fəxri adların verilməsi, media nümayəndələrinin orden və medallarla təltif edilməsi, qəzet redaksiyalarına birdəfəlik maddi yardımın ayrılması ilə bağlı imzaladığınız Sərəncamlar Sizin Azərbaycan mətbuatına, jurnalist əməyinə verdiyiniz yüksək qiymətin bariz nümunəsidir.
Hörmətli cənab Prezident, Sizin sərəncamızınla “Əməkdar jurnalist” fəxri adına layıq görülən media təmsilçilərinin sırasında adımın olmasından qürur hissi keçirir, mənə və baş redaktoru olduğum “Xalq cəbhəsi” qəzetinə göstərdiyiniz yüksək etimada və diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu