Ekspert təqdir etdi: “DİM-in abituriyent üçün mühazirələri effektiv olacaq”

“Çünki dərslər ali məktəblərin hazırlıq proqramına tam uyğundur”

“Mühazirələrdə konkret terminlərdən, ifadələrdən istifadə olunub. Bu, çox yaxşıdır”

“Layihənin gələcəkdə bütün siniflər və fənlər üzrə təşkil olunmasını məqsədəuyğun hesab edirəm”



Dövlət İmtahan Mərkəzi (DİM) COVID-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə Mərkəzin “YouTube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirir.
DİM-dən  bildirilib ki, portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, russkiy yazık, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 140 videomühazirə yerləşdirilib. Videomühazirələrin yerləşdirilməsi davam etdiriləcək. Qeyd edək ki, videomühazirələrə bu günə baxış sayı 24103-dür.
Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib. Videomühazirələrə DİM-in saytında baxmaq olar.
Bundan əlavə, abituriyentlər “Otk.az” saytında 5–11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair yerləşdirilmiş qiymətləndirmə tapşırıqlarından istifadə etməklə, nəzəri materiallar üzrə hazırlıq səviyyələrini yoxlaya bilərlər. Hazırda saytda bütün imtahan fənləri üzrə 22890 tapşırıq yerləşdirilib.



DİM-in təşəbbüsünü “Sherg.az”a qiymətləndirən təhsil effekti Kamran Əsədov bunu yüksək qiymətləndirib: 

“Bildiyiniz kimi, mart ayından etibarən orta ümumtəhsil məktəblərində tədris dayandı. Eyni zamanda hazırlıq kurslarının, repititorların fəaliyyəti məhdudlaşdırıldı. Nəticədə normal tədris prosesi pozuldu. Təhsil Nazirliyi bunun qarşısını almaq məqsədilə müxtəlif layihələrlə çıxış etdi. “Teledərs”, “Virtual məktəb” kimi proqramlar buna misaldır.

Lakin DİM-in mühazirələrinin daha effektiv olacağını düşünürəm. Çünki dərslər ali məktəblərin hazırlıq proqramına tam uyğundur. Mühazirələrdə konkret terminlərdən, ifadələrdən istifadə olunub.

Bu, çox yaxşıdır. Düzdür, bəzi abituriyentlərin texniki təchizatı yoxdur. Amma istənilən halda dərslərin əlçatanlığının təmin olunması təqdirəlayiqdir. Üstəgəl, mühazirələrdən yararlanmaq və keçirilən proqrama uyğun “OTK.az” saytında onlayn imtahanda pulsuz iştirak etmək tam ödənişsizdir.
Ona görə də bu layihənin gələcəkdə bütün siniflər və fənlər üzrə təşkil olunmasını məqsədəuyğun hesab edirəm”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu