Razi Nurullayev açıqladı:“Bu gün də partiyanın adını dəyişmədik, sadəcə...”

“...AXCP adından imtina edib yeni partiya təsis etdik”

“Azərbaycanda yeni bir situasiya yaranıb və siyasi partiyaların yeni formatda fəaliyyəti üçün şərait var”


Bu gün deputat Razi Nurullayevin rəhbərlik etdiyi AXCP partiyasında onlayn qurultay keçirilib.
Qurultay zamanı partiyanın adından imtina edilib və yeni ad Milli Cəbhə Partiyası olaraq dəyişdirilib.
Bu dəyişikliyi zəruri edən amillər haqqında “Sherg.az”a danışan millət vəkili Razi Nurullayev bildirib ki, əvvəllər adın dəyişdirilməsi düşünülmürdü:

“Bu gün də partiyanın adını dəyişmədik, sadəcə AXCP adından imtina edib yeni partiya təsis etdik. Cənab Prezident tərəfindən Prezident Administrasiyasında yeni şöbə yaradılıb. Siyasi partiyalar və qanunvericiliklə bağlı bir şöbədir. Həmin şöbənin rəhbəri ilə bir neçə dəfə görüşüm olub, müzakirələr aparmışıq. Azərbaycanda yeni bir situasiya yaranıb və siyasi partiyaların yeni formatda fəaliyyəti üçün şərait var. Müzakirə etdik və AXCP adı ilə qeydiyyatın mümkün olmadığını gördük. 5 ildə bizim üçün bu sahədə heç bir şəraitin yaradılmamasını nəzərə alaraq düşündük ki, AXCP adından imtina edib yeni partiya təsis etməliyik. Ona görə də Milli Cəbhə Partiyası adı altında yeni partiyanı yaratdıq”

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu