Xalq artistindən jurnalistə CAVAB: “Hacı Məmmədovla münasibətim olubsa..”

"...Allah mənə lənət etsin"

“O İnsan öz xalqının  nümayəndələrini, qardaş və bacılarını qətlə yetirib, fiziki cəhətdən yox edirmiş”

“Siz də öz xalqınızın nümayəndələrinə mənəvi  zərbələr vuraraq qətlə yetirirsiz" 


Bu yaxınlarda jurnalist Sevinc Osmanqızının canlı yayımda işlətdiyi ifadələr bütün Azərbaycan Xalqının qəzəbinə səbəb olub. Onun sözlərinə görə guya  münaqişəni yaradan Azərbaycan tərəfidir, ermənilərdə günah yoxdur. S.Osmanqızının bu açıqlaması sənət adamlarını da hiddətləndirib.
"Sherg.az" xəbər verir ki, xalq artristi Brilliant Dadaşova rəsmi sosial şəbəkə hesabında yazıb: 

“Siz doğrudan da həmin Osmanın qızısınızz?

Sevinc xanım, dünyanın bütün ölkələrində, müxtəlif xalqların   nümayəndələri bir yerə toplaşıb, sivil qaydada  istənilən hadisəyə öz etirazlarını bildirmək hüququna  malikdirlər! Şəxsən bu situasiyada sizin “humanizminizi” nümayiş etdirməniz məni ağlatdı. Atanız üçün ürəkdən ağlamışdım. İndiki göz yaşım isə, atanızın ruhunu, vətəninə sevgisini, yaralarını qanatdığınız üçündür. Mən də musiqimizi qarmonda ifa edən, dinc əhali nümayəndəsi olan erməni əsilli qarmon ifaçısına İnstaqramda "Tərəkəmə" rəqsini ifa etdiyinə görə "Super" yazıb bəyənmişdim.  Lakin, ayaq altına atıb, şəhidimizin şəklini tapdalayan şərəfsizin isə gözlərini dırnaqlarımla çıxardardım. Qadın olduğuma baxmayaraq onun başına qonub ətini didərdim. Bu videoda kürəyində “ASALA” yazılan terrorçular tərəfindən, metro partlayışında dinc əhali, ana -bacı qardaşlarımızla birlikdə həyatını itirmiş görkəmli musiqiçimiz Rafiq Babayevin orkestri ilə Amerikaya konsertə getmişdik. Təyyarədən enərkən sərnişinlərdən biri soruşdu ki,  azərbaycanlısınız? "Bəli", dedik.  O isə bizi  “siqan” adlandırdı.  Onunla heç bir işimiz olmadığı halda bizi təhqir  etdi. Demək ki, savaş yalnız səngərdə deyil, alçaq insanların azərbaycanlılara sataşdığı hər yerdədir.”

Bu statusa Sevinc Osmanqızı belə reaksiya verib:

“Brilliant Dadaşova deyir: Sevinc Osmanqızının başını qoparıb, ətini didərəm. Yəqin Hacı Məmmədovla Qusarda şahmat oynayanda öyrənib.”

Xalq artistindən jurnalistin ittihamına cavab gecikməyib.

O "Sherg.az"a açıqlamasında bildirib: 

“Əslində sevindirici haldır ki, jurnalist olduğu halda, məntiqli cümlələrimə cavab tapmayıb. Ən asan şəkildə şər-böhtan, qeybət yolu ilə cavab verməyə məcbur olub. Dostlar, sən demə bu qadın da, ən adi, sıradan bir dedi-qoducu imiş. Hacı Məmmədovla hər hansı bir tanışlığım və münasibətim olubsa, allah mənə lənət etsin.

Sizin kimi bəsit metodlara əl atan böhtançılar yalan uydurduğunuza görə allah sizə lənət eləsin!  Səhifənizdə paylaşdığınız bu statusunuz nə qədər tərbiyəsiz və əxlaqsız olduğunuzu ortaya qoydu.

O İnsan öz xalqının  nümayəndələrini, qardaş və bacılarını qətlə yetirib, fiziki cəhətdən yox edirmiş. Siz də öz xalqınızın nümayəndələrinə mənəvi  zərbələr vuraraq qətlə yetirirsiz. Bu rizmadan baxdıqda qatil Hacı Məmmədovla aranızda böyük bir fərq yoxdur!!! Dedi -qodu, şər, cəfəngiyyat baxımından da əlində mikrofon tuta bildiyi üçün, adını müğənni qoyub , barəmdə dəxlisiz qeybət uydurub yayan bəsit qadınlardan heç bir fərqiniz yoxdur.

Allah böyükdür, tək sizin deyil,  bütün böhtan, iftira atanların cavabını bərk əliylə verəcək!

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu