Daha nə şərt, nə güzəşt?! – “Torpaqlar azad edilməlidir, vəssalam !"

“Payızda baş tutacaq görüş də formal xarakter daşısa, Azərbaycan hərbi əməliyyatlar xəttini əsas götürəcək”

“Hərbi əməliyyatların nəticəsi isə müharibədir. Ermənistan bunu bilməlidir”


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsdərləri ilə 3+2 formatında növbəti görüşü payızın əvvəlində keçirilə bilər. Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib. 

Onun sözlərinə görə, əgər koronavirus və iki ölkə arasındakı münasibətlərdəki vəziyyət imkan versə, belə bir görüşün baş tutma ehtimalı var.  Mənbə bildirib ki, ATƏT-in Minsk Qrupu daxilində hər gün həmsədrlər arasında təmaslar davam edir:
“İndi əsas vəzifə Azərbaycanla Ermənistan sərhədində olduqca gərgin olan vəziyyəti stabilləşdirmək və ATƏT-in Minsk Qrupu çərçivəsində diplomatik həll axtarışlarını fəallaşdırmaqdır”.

Həmçinin qeyd edilib ki, mümkün görüşün yeri hələ dəqiqləşdirilməyib.

Sual yaranır:  bu qədər təxriabata, düşmən fitnəsinə rıəğmən yenə də danışıqlara ehtiyac varmı? Məşhur türk şairi Mehmet Akif Ersoyun dediyi kimi, türkün tökülən qanı bihudə gedərmi, diqqətlə düşün, yoxsa, bu qan həpsi hədərmi?

Politoloq İlqar Vəlizadə növbəti görüş ehtimalı barədə “Sherg.az”a danışarkən bildirib ki, danışıqlar yalnız bir halda effektiv ola bilər: 

“Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli iki istiqamətdə gedir. Bunlardan biri hərbi əməliyyatlar, digəri isə diplomatik danışıqlardır. Düşmənin təxrtibatlarına baxmayaraq, biz ikinci istiqaməti uğurla inkişaf etdiririk. Diplomatik danışıqlar hələ də aktualdır. Bir şərtlə ki, yanaşma dəyişilsin. İyirmi  ildir, eyni prinsip hökm sürür və heç bir nəticə hasil olmur. Ona görə də boş-boş danışmaq lazım deyil. Buna nə vaxt var, nə də ehtiyac. Nə qədər ki, müharibə başlamayıb, münaqişəni diplomatik yolla da həll etmək mükündür. Amma gərək Ermənistan mənasız şərtlərindən əl çəksin”.

İ.Vəlizadə, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyəti haqqında da danışıb:

“Dediyim kimi, danışıqlar nəticə vermir. Deməli, proseslər kökündən dəyişməlidir. ATƏT-in Minsk qrupu seyrçi mövqeyindən əl çəkməli, “siz nə qərar versəniz, mən hazıram” deməməlidir. Əslində velosiped kəşf etməyə də ehtiyac yoxdur. Ortada işğal faktoru var. Deməli, tapdaq altında olan torpaqlar beynəlxalq hüquq çərçivəsində azad edilməlidir, vəssalam. Daha nə şərt, nə güzəşt?!”

Politoloqun fikrincə, bu dəfəki danışıqlar da nəticəsiz qalsa, vəziyyət dəyişəcək:

“Dediyim kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli iki istiqamətdə aparılır. Payızda baş tutacaq görüş də formal xarakter daşısa, Azərbaycan birinci istiqaməti, yəni hərbi əməliyyatları əsas götürəcək. Hərbi əməliyyatların nəticəsi isə müharibədir. Ermənistan bunu bilməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu