Azərbaycanda Türkiyənin hərbi bazası yaradıla bilərmi ? - “Buna mane olan heç nə yoxdur”

“Bir ölkədə başqa bir ölkənin hərbi bazasının yaradılmasından ötrü tərəflər arasında rəsmi saziş imzalanmalıdır”

“Dövlət başçıları məsləhət bildikləri vaxt bunu edəcəklər” 


On bir minlik türk qoşunun artıq Azərbaycanda olması və iki dövlətin birgə təlimlərə başlaması məlumdur. Bu, əlbəttə, sevindiricidir. Düşmənin və havadarlarının ən müxtəlif hiylələrinə, fitnəkarlıqlarına qarşı biz mərdliyimiz və həmrəyliyimizlə mübarizə aparırıq. Elə isə sual yaranır: niyə Azərbaycanda Türkiyənin hərbi bazası olmasın? Axı bu, imkanlarımızı və gücümüzü daha da artırar. 

  Məsələ barədə “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov müsəlman dövlətlərinin birgəliyini yüksək qiymətləndirib: “Türkiyə kimi dostumuz, qardaşımız olduğuna görə fəxr edirəm. Yaxşı ki, düşmənlə mübarizə meydanında tək deyilik, Türkiyə həmişə olduğu tək yenə də yanımızdadır. Buna görə qardaş ölkəyə təşəkkür edirik. Elə Pakistan da konkret mövqe sərgilədi və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəklədiyini dedi”.



E.Məmmədovun sözlərinə görə, Azərbaycanda Türkiyə hərbi bazasının olmasından ötrü tərəflər arasında rəsmi saziş imzalanmalıdır: 

“Düzdür, biz iki dövlət, bir millətik. Həmişə bir-birimizin yanında olmuşuq və olacağıq. Buna heç kim şübhə etməsin. Amma bir ölkədə başqa bir ölkənin hərbi bazasının yaradılmasından ötrü tərəflər arasında rəsmi saziş imzalanmalıdır. Rəsmi tərəfdaşlığa mane olan heç nə yoxdur. Yəni dövlət başçıları məsləhət bildikləri vaxt bunu edəcəklər”. 

Deputat rəsmi müqavilənin imzalanmasının məqsədəuyğun olduğunu düşünür: 

“Azərbaycan regionda ən güclü dövlətdir. Biz bütün sahələrdə, o cümlədən də hərbidə düşməndən qat-qat üstünük. 
Amma düşmən tək qalmır. Havadarları həmişə onu müdafiə edir.  Deməli, türklərin də bizim yanımızda olması yaxşı olar. Görürür ki, birgə təlimlər təkcə Ermənistanı yox, eləcə də, onu müdafiə edənləri təşvişə salır.  

Ona görə də belə təşəbbüslər davamlı keçirilməlidir. Bundan ötrü isə Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasına imkan verəcək sazişin imzalanması arzuolunandır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu