Birinci vitse-prezident Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
"Sherg.az" xəbər verir ki, Mehriban Əliyeva bu barədə özünün “facebook” səhifəsində paylaşım edib: “Əziz həmvətənlərim!
Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!”

Paylaş

Bizi Facebookda izləyin
menu
menu